Azərbaycanda bu rayona qar yağdı - FOTO
15
10:37 - 11 Noyabr 2023

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən TNS-ə bildiriblər ki, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.