Close

11:23
08 Dekabr 2024
10:23
08 Dekabr 2024

Qazaxda vətəndaşlar silahlarını təhvil verdi - FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TNS-ə bildirib ki, keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər.

Onun sözlərinə görə, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.