Close

19:07
29 Sentyabr 2023

Bakı-Şamaxı-Yevlax yolu bağlandı - FOTO

Güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib. Qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü atıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayandırılıb.

TNS Azərtac-a istinadən xəbər verir ki, güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə toplaşıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb. Hazırda güclü küləklə müşayiət olunan yağış davam edir.

Güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.

Hazırda yağmurlu hava davam edir.

2

3

5

6

7