Close

21:47
19 Aprel 2024

ATƏT PA rəsmiləri Zəngilanda

Bu gün ATƏT Parlament Assambaleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb.

TNS xəbər verir ki, onlar, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də "Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar.

Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, Azərişıq ASC-nin “Yaşıl Enerji” obyektlərinə baş çəkəcək.

Xatırladaq ki, mayın 22-də Bakıda ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.