Close

Aybəniz Qafarova vəzifədən azad olundu

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini tutduğu vəzifəsindən azad olunub.

TNS xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunub. Aybəniz Qafarova işdən azad olunması üçün ərizə ilə müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xanım müavininin işdən azad olunması barədə müvafiq sərəncamı imzalayıb.

Masallı Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. (APA)