Qarabağ Universitetinə xaricdən tələbələr qəbul ediləcək
Növbəti tədris ilində Qarabağ Universitetinə təxminən 1500-dək tələbə qəbulu planlaşdırılır.
TNS-in yerli müxbiri xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, mövcud fakültələrdə ixtisasların sayı artırılacaq: “Yeni tədris ilində tibb fakültəsinin açılması da planlaşdırılır. Həmin fakültədə həkimlik və ali təhsil səviyyəsində tibb bacısı ixtisaslarının açılması nəzərdə tutulur”.
Nazir iki yeni korpusun tikintisi ilə bağlı hazıqlıqlara başlanıldığını deyib: “Bu yaxınlarda iqtisadiyyat və sosial elmlər fakültəsinin binaları hazır olacaq.
Növbəti ildən isə ölkə başçısının tapşırığına əsasən, türk dövlətlərindən və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən, başqa dövlətlərdən tələbələrin Qarabağ Universitetinə qəbulu planlaşdırılır”.
Ziya Əmirxanlı