Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Beynəlxalq Qastronomiya Günü keçirilir.
TNS-in yerli müxbiri xəbər verir ki, tədbirdədə Azərbaycanla birlikdə İslam ölkələri arasında əsas hədəf turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrdən olan kulinariya nümayəndələri təmsil olunur.
Tədbir çərçivəsində iştirakçı ölkələrin ekspertlərinin iştirakı ilə keçirilən dəyirmi masada dünyada halal qida üzrə ixtisaslaşmış destinasiyaların təcrübəsinin öyrənilməsi, İslam dininin qastronomiya mədəniyyətində rolu və perspektivlərin müzakirəsi üzrə təqdimatlar nümayiş etdirilərək, fikir mübadiləsi aparılır.
Ziya Əmirxanlı