Xankəndidə daşınmaz əmlaklar qiymətləndiriləcək
30
17:49 - 05 Avqust 2024
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
TNS xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.