Close

Qarabağ Universiteti vakansiya elan edir

Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib. 

TNS xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 

Vakansiya üzrə son müraciət tarixi 25 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərlər.