Xankəndidə xeyli silah-sursat aşkarlanıb
6
09:30 - 19 Aprel 2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə TNS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.