Close

Ağdamda orta məktəbdə təlim keçirilib

Ağdamda "Nümunəvi Mülki Müdafiə Günü" ilə bağlı təlim keçirilib.

TNS-in yerli müxbirinin xəbərinə görə, təlim Ağdam rayon Bənövşələr kənd tam orta məktəbində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin, Ağdam Rayon Polis Şöbəsinin, Ağdam Təcili Tibbi Yardım Stansiyasının və Ağdam Rayon Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə reallaşıb.

Təlim-məşq xarakterli tədbir zamanı məktəblilərə fövqəladə hallar zamanı davranış qaydaları, tibbi yardıma ehtiyac duyan şəxslərə ilkin tibbi yardım göstərməyin üsul və hərəkətləri öyrədilib.

f1

Məşq zamanı fövqəladə hal baş verdikdə məkətbin pedaqoji kollektivinin üzərinə düşən vəzifələr haqqında da müəllim və texniki heyətə maarifləndirici məlumatlar verilib.

Ziya Əmirxanlı