Ağdamda iki maşın toqquşub, ölən var - FOTO
132
15:11 - 16 Aprel 2024
Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
TNS-in yerli müxbirinin verdiyi xəbərə görə, rayon ərazisində "VAZ-2107" markalı, 90 DN 587 dövlət markalı minik avtomobili ilə "BMW" markalı, 90 FB 996 dövlət nömrəli minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. "VAZ-2107"-in sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.


Araşdırma aparılır.
Ziya Əmirxanlı