Close

12:20
27 İyul 2024

Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb, 9 nəfər yaralanıb - YENİLƏNİB

Xocavənddə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

TNS xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

21:10

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobilin aşıb, 8 nəfər yaralanıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan TNS-ə bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.