Bərdədə ev yanıb, 5 yaşlı uşaq ölüb - FOTO
75
12:30 - 01 Aprel 2024

Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində azyaşlı ölüb.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Mirzəyev Elmir Əsgər oğluna məxsus 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.
Hadisə zamanı evdə olan 5 yaşlı Həsənov Rəfail Rauf oğlu ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı