Close

Füzulidə əmək yarmarkası keçirilir

Dövlət Məşğulluq Agentliyinin Qarabağ regional məşğulluq filalının təşkilatçılığı, Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində əmək yarmarkası təşkil olunub.

TNS xəbərinə görə, xüsusi nümayəndəliyinin əməkdaşı Babək Tağıyev jurnalistlərə bildirib ki, bugünkü yarmarkada 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir: “Füzuli şəhərinə köçürülmüş sakinlər içərisində indiyə qədər 73 nəfər işlə təmin olunub. 20 nəfər özünə məşğulluq proqramına cəlb edilib, 150-ə yaxın vətəndaşın məşğulluğa cəlb olunması üçün tədbirlər həyata keçirilir. Belə yarmarkalar işğaldan azad olunmuş digər ərazilərdə silsilə şəkildə təşkili planlaşdırılır”.

y1

Qeyd edək ki, yarmarka Füzuli şəhər Mirzəqulubay adına 1 nömrəli məktəbdə təşkil olunub. Tədbirdə işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında​ detallı məlumatlar verilir.

y2