Close

12:20
27 İyul 2024

Mişeldən Xankəndiyə göndərilən yardımlara reaksiya

Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

TNS xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır:

"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa Birliyinin dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir".