Close

Xankəndinin mərkəzində atışma - Gecə yarısı nə baş verib?

Xankəndidə Samvel Babayanın tərəfdarları arasında atışma olub.

TNS Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə 28 mayda gecə saatlarında olub.

Babayanın komanda yoldaşlarından biri separatçı rejimdə təmsil olunmuş, indi isə onları dəstəkləyən Hayk Xanumyanı “Bu it də bizim komandadadır” deyə söyüb. Xanumyan üzr istəməyi tələb edib, lakin mübahisə düşüb. Nəticədə hər iki tərəfin dəstəsi Xankəndinin mərkəzində dava ediblər.

Babayanın komanda yoldaşı “CZP-10M” markalı tapançadan havaya atəş açıb. Daha sonra separatçı rejimin müdaxiləsi ilə dava başa çatıb.

Qeyd edək ki, son dövrlər separatçılar arasında “hakimiyyət davası” qızışır.