Close

Xankəndidə güclü partlayış: ölən var

Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.

TNS xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.