Close

Paşinyan Ermənistanın Qarabağdakı məğlubiyyətinin səbəbi AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ölkəsinin məğlubiyyətinin səbəblərini açıqlayıb.

TNS Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

"Bəli, biz müharibədə məğlub olduq. Bunun səbəbi ordumuzdakı "5-ci kolon"la bağlıdır. Uduzduq, çünki ordumuzda "5-ci kolon" var idi. Bu fikrim vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. 44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi. 2018-2020-ci illərdə respublika əvvəlki 10 ilin cəmindən daha çox silah əldə etmişdi. 2020-ci ildəki müharibənin bu gün dünyada baş verənlərlə əlaqəsi var", - Paşinyan bildirib.

Baş nazir onu da xatırladıb ki, hazırda 50-dən çox hərbçi casusluqda ittiham olunur, hətta həbs olunan yüksək rütbəli məmurlar da var.