Close

Ermənistan Laçın yolunun başlanğıcında nəzarət postu qoyub? - FOTO

“ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Laçın yolunun başlanğıcında olub. Bu xəbərdən çox erməni saytlarının yayımladığı şəkil diqqətimi çəkib. Şəklə diqqətlə baxanda səfirin arxasında yolun başlanğıcında şlaqbaum və postlar görünür”.

TNS xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

“Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Azərbaycanın Laçın yolunda nəzarət-buraxılışı məntəqəsinin əleyhinə təbliğat aparır, müxtəlif dövlətlərə və təşkilatlara şikayət edirlər. Şəkildən də göründüyü kimi Ermənistan faktiki yolun başlanğıcında qeyri-rəsmi buraxılış məntəqəsi yaradıb. Sizə olarsa, bizə niyə olmasın? – deyə, o, sual edir.

03352722-e100-44ec-89f5-e56f21361f83