Close

Bakı erməniləri qorumaq üçün Xankəndiyə girə bilər - Tutarlı əsaslar hazırdır

Qarabağda separatçı rejim Azərbaycana inteqrasiya etmək istəyən erməniləri təhdid edir. Qondarma “müşavir” David Babayanın “bu, ermənilər üçün intihar deməkdir” sözləri də inteqrasiya tərəfdarı olanları cəzalandıracaqlarına dair xəbərdarlıq kimi qəbul edilir. Bu vəziyyətdə Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyini qorumaq üçün hansı addım ata bilər?

TNS xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Publika.az-a açıqlamasında erməni əhalisinin qorumağın yollarından danışıb.

Onun fikrincə, indiki halda yeganə yol separatçıları təmizləməkdir.

“İndiki vəziyyətdə Azərbaycanın rusların müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını qorumağın yeganə yolu həmin əraziləri separatçılardan təmizləməkdir. Başqa yolla bunu təmin etmək mümkünsüzdür”, - ekspert qeyd edib.

Ə.Verdiyev bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən erməni təxribatı da Azərbaycanın hərəkətə keçməsi zərurətini artırdı: “Martın 5-də baş verən təxribat da, ərazilərimizin serparatçılardan təmizlənməsinə başlamaq üçün tutarlı əsaslar yaradır”.