Close

“Rusiya da buna qarşı deyil, Vardanyan ayın 23-də..."

Separatçı Ruben Vardanyan yaxın günlərdə Xankəndini tərk edə bilər.

TNS xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Artıq bir müddətdir ki, Vardanyanın yaxın vaxtlarda “istefa” verəcəyi ilə bağlı məlumatlar dolaşır. Məlumatımıza görə, artıq bu məsələ həll olunub və Rusiya buna qarşı deyil, ona görə də bir neçə günə “fərman” veriləcək”, - qəzet bildirir.

Nəşr Vardanyanın Xankəndidən gedəcəyi “konkret tarix”i də göstərib. Mənbənin iddiasına görə, baş separatçı Araik Arutyunyan Vardanyanın “post”undan uzaqlaşdırılması xəbərini fevralın 23-də verəcək.(teleqraf.com)