Close

Sosial şəbəkələrdə ölkəmizlə bağlı yayılan yalan məlumatları ifşa etməliyik

Hörmətli redaksiya! Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, öz yurdunu, xalqını ürəkdən sevən hər bir azərbaycanlının ürəyi daim Azərbaycanla döyünür. Mən Azərbaycanda doğulsam da, tale elə gətirib ki, Estoniyada böyümüşəm. Artıq 25 ildir ki, burada yaşayıram. Atam burada ali təhsil alıb, indi növbə mənə çatıb. Mən Tallin şəhərindəki universitetdə təhsil alıram. Qohumlarımın əksəriyyəti bu gün Azərbaycanda yaşayır. İldə bir dəfə mənə Vətənimizə gəlmək nəsib olur. Ölkəmiz son illər ərzində çox dəyişib, gözəlləşib, inkişaf edib. Saytınız vasitəsilə oxuculara çatdırmaq istərdim ki, bu gün biz gənclər Azərbaycanımızla qürur duyuruq.

Bu gün dünyada informasiya müharibəsi gedir. Hər kəs, necə deyərlər, yarışdadır. Mən bununla bağlı Facebook sosial şəbəkəsində səhifə yaratmışam və Azərbaycanla bağlı xəbərlər yerləşdirirəm ki, hamı görsün, bilsin, ölkəmiz, bax belə inkişaf edir. O gün xaricdə yaşayan, adını belə çəkmək istəmədiyim birinin Youtube-dəki çıxışını izlədim. Dəhşətə gəldim. Çünki Azərbaycanla müntəzəm əlaqə saxlayan biri kimi belə hallarla rastlaşmamışam. Ancaq buna inanlar da olur. Biz gənclər fəal olub belə yalanları sosial şəbəkələrdə ifşa etməliyik. Bu, bizim həyat amalımıza, vətəndaşlıq borcumuza çevrilməlidir.

Mahir Məmmədov,

Tallin