Maşınla vurulan piyada öldü
76
19:00 - 06 Mart 2025

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada ölüb.
TNS xəbər verir ki, Ordubad rayon Nəsirvaz kənd sakini, 1993-cü il təvəllüdlü Rzayev Tərxan Mərdan oğlu idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon Dizə kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Malik Hüseyn oğlunu vurub.
Piyada M.Əliyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.