Naxçıvanda güzəştli mənzil tikintisinə başlanılacaq
107
09:36 - 07 Fevral 2025

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasında yaşayış kompleksinin tikintinə başlamağa hazırlaşır.
TNS xəbər verir ki, kompleks Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 5 hektar torpaq sahəsində inşa ediləcək.
Hazırda güzəştli mənzillərlə bağlı layihələndirmə işləri aparılır. Bu işlərin 620 min manata başa gələcəyi gözlənilir.