Close

Fuad Nəcəfli: “Naxçıvanın bütün ərazisini əhatə edən azad iqtisadi zona yaradılır”

Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən azad iqtisadi zonanın yaradılmasına hazırlıq məqsədilə aidiyyəti qurumların rəy və təklifləri əsasında xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı konsepsiya və hüquqi sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

TNS xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

Səlahiyyətli nümayəndə bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikanın bütün ərazisində gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi sahəsində də işlər aparılır.