Naxçıvanda ticarət mərkəzində yanğın olub - FOTO
86
14:56 - 01 İyun 2023

Naxçıvanda yanğın baş verib.
TNS xəbər verir ki, yanğın bu gün şəhərin "Park AVM" ticarət mərkəzində qeydə alınıb. Yanğının binanın sonuncu mərtəbəsində yerləşən kafenin mətbəxində başladığı bildirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Dövlət Yağından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.