Close

Naxçıvanda baş həkim işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi işdən azad olunub.

TNS xəbər verir ki, bununla bağlı muxtar rerspublika səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, mərkəzin baş həkimi Leyla Əsgərova işdən çıxarılıb.

Digər əmrlə bu vəzifəyə Pəri Əliyeva təyin edilib. P.Əliyeva bundan öncə Naxçıvan Muxtar Respublika Xəstəxanasında çalışıb.