Close

22:51
28 Mart 2024

Naxçıvanın bərpaolunan enerji potensialından istifadəyə dair xarici şirkətlərlə müqavilə imzalanacaq

Naxçıvanın günəş və külək enerjisi resurslarından istifadəyə dair bir sıra xarici şirkətlərlə müqavilələr imzalanacaq.

TNS xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Naxçıvanla bağlı xüsusi olaraq yeni biznes modelləri nəzərdən keçirilir: “Naxçıvanın Türkiyə kimi böyük bir bazarın yaxında olması orada elektrik enerjisinin istehsalı və ixracı üçün xüsusi önəm kəsb edir. İstər sənaye miqyaslı, istərsə də digər enerji layihələrində kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bərpaolunan enerji layihələrindəki tərəfdaşlarımız olan “Masdar”, “Acwa Power” və “BP” şirkətlərinin qarşısında yerli kontentdən istifadə edilməsi tələb kimi qoyulub. Yəni bu texnologiyaları yerli şirkətlər istehsal edəcəksə, həmin xarici şirkətlər ondan bəhrələnməlidirlər”.