Close

Naxçıvanda ağır qəza - Kərəm Mustafayev və xəsarət alan digər 3 nəfər xəstəxanaya yerləşdirilib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.

İran İslam Respublikası vətəndaşının idarə etdiyi TIR-la minik avtomobili toqquşub. 

Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri - 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda TIR-da olan İran vətəndaşları -  Mərənd şəhər sakinləri Əli Armankia və İsmayıl Mustafazadə xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.