Close

10:48
26 Aprel 2024
10:15
26 Aprel 2024

Fuad Nəcəfli Naxçıvanda yeni iş yerlərinin açılacağının anonsunu verdi

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

TNS xəbər verir ki, bunu muxtar respublikada keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Bildirilib ki, Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artırır. Bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

"Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır",- Fuad Nəcəfli qeyd edib.