Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib - Ölənlərdən biri polis mayorudur - FOTO
278
15:19 - 21 May 2023
Bu gün səhər saatlarında Naxçıvan - Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahir Səfərov və 1971- ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində həlak olub. İlkin versiyaya görə hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.
Zahir Səfərov polis mayoru olub, rayon polis şöbəsində xidmət edirdi.
Araşdırma aparılır.
