Close

22:51
28 Mart 2024

Naxçıvanda TIR sürücüləri aksiya keçirir - Muxtar respublikada yanacaq qıtlığı yarana bilər

Naxçıvanda yanacaq qıtlığı yarana bilər.

TNS APA-ya istinadla xəbər verir ki, TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina edirlər.

Bu gün naxçıvanlı TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər. Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər.

Sürücülər qeyd edib ki, artıq mart ayının 8-dən sonra heç bir TIR Bakıya getməyib və oradan da bura heç bir TIR gəlməyib. Belə olacağı təqdirdə, sürücülər məsələ həll olunanadək səfərə çıxmayacaqlarını bildiriblər.

6416fc2dd89b56416fc2dd89b616792279496416fc2dd89b36416fc2dd89b4

6416fc2de93276416fc2de932816792279496416fc2de93246416fc2de9326