"Zəlzələ Naxçıvanda heç bir dağıntıya səbəb olmayıb"
45
16:29 - 16 Mart 2023

"Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb".
TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.