Close

Naxçıvanda bu qurumda yoxlamalara başlanıldı - Nazir məsuliyyətə cəlb edilə bilər

Naxçıvan Muxtar Respublilkasının Təhsil Nazirliyində yoxlamalara başlanılıb.

Bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maliyyə idarəsi muxtar respublikanın təhsil müəssisələrində yoxlamalar aparır.

Mənbə bildirib ki, muxtar respublikanın Təhsil Nazirliyində ciddi korrupsiya və mənimsəmə faktları ilə bağlı məlumatlar var. Yoxlamalardan sonra nazir Rəhman Məmmədov məsuliyyətə cəlb edilə bilər.