Close

Yeni rektor “yaxşı başlayıb” – Oksana “Naxçıvan” Universitetinin tələbələrinə “nə öyrədib?” - FOTOLAR

Aktrisa Oksana Rəsulova “Naxçıvan” Universitetində tələbələrlə görüşüb.

TNS xəbər verir ki, bu barədə aktrisa özü “Instagram”da məlumat yayıb.

“Möhtəşəm bir gün yaşadım. “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, prorektoru Nurlana Əliyeva və universitetin digər nümayəndələri ilə görüş oldu. Daha sonra tələbələrlə 1,5 saatlıq görüşümüz çox maraqlı və faydalı keçdi. Hər kəsdən pozitiv enerji aldım. “Həmsöhbət” lahiyəsinin ilk qonağı oldum, xeyirli və davamlı olsun”, - görüşdən fotoları izləyiciləriylə bölüşən Oksana qeyd edib.

Rəqqasənin “Naxçıvan” Universitetində görüşünün təşkil olunması birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri rəqqasənin görüşünü təşkil etdiyi üçün universitet rəhbərliyini tənqid edib.

“Naxçıvanda islahatlar sürətlə gedir” yazan sosial şəbəkə istifadəçiləri rəqqasənin tələbələrlə görüşünə ironiya ilə reaksiya veriblər.

Oksana Rəsulovanın “Naxçıvan” Universitetinə dəvət edilməsi, tələbələr qarşısında çıxışı həqiqətən də başadüşülən deyil. “Naxçıvan” Universitetində 4 fakültə var: İqtisadiyyat, İdarətemə, Pedaqoji və Xarici dillər fakültələri. Bu fakültələrin heç birində incəsənət profilli ixtisas yoxdur. Yəni bu universitetdə Oksananın “öyrədə biləcəyi” tələbə təhsil almır. O zaman sual olnur: Rəqqasə Oksana Rəsulova “Naxçıvan” Universitetinə niyə dəvət olunub?”  Nəyə görə universitetdə təhsil alan tələbələrin ixtisasına uyğun mütəxəssislər, alimlər, ziyalılar deyil, Oksana kimi rəqqasələr ali məktəbin auditoriyası qarşısına çıxarılıb? Yəqin ki, “Naxçıvan” Univesitetinin yeni rektoru Anar Kazımovun cəmiyyətin əksər təbəqələrini düşündürən bu suallara verəcək cavabı vardır. Mövzuya yenidən qayıdacağıq.

1678370416_oksana_rasulova_333763069_762392901763834_3713648711781829039_n

1678370418_oksana_rasulova_334823397_757744852446217_8203086752034058002_n

1678370419_oksana_rasulova_334234936_168767659053172_6026858131878327603_n

1678370417_oksana_rasulova_332227488_3352621855053932_6122387736374363681_n

1678370417_oksana_rasulova_334499981_1443145212888012_3285745353772338819_n