Close

"Azərbaycan Atabəyləri"nə sərt tənqid: “Tarix duyumu, aktyor-rejissor işi yoxdur!” - MÜSAHİBƏ

Xeyli müddətdir, maraqla gözlənilən, bir neçə gün əvvəl təqdimatı keçirilən "Azərbaycan Atabəyləri" filmi ciddi tənqid olunur.

Kinorejissor və kinoşünas, ssenaristi, pedaqoq, Azərbaycanın Əməkdar incəsənət xadimi Ayaz Salayev də filmi tənqid edib.

TNS mütəxəssisin filmlə bağlı fikirlərini öyrənib.

- Ayaz müəllim, filmlə bağlı təəssüratlarınız nələrdir?

- Filmdə obraz, tarixi ab-hava yoxdur. Əslində bu filmində Atabəylərin yaşam tərzi, mədəniyyəti göstərilməli idi. Ancaq film ondan ibarətdir ki, vuruşurlar, ara-sıra ötəri dialoqlar var. Filmdə Gürcüstanla müharibə səhnəsi də canlandırılıb ki, bu, ümumiyyətlə, lazım deyildi. Bilmirəm, niyə gürcülərlə Atabəylərin apardığı müharibə bu filmi ərsəyə gətirənləri belə maraqlandırır? Ümumiyyətlə, bizdə tarixi filmlər çəkmək mümkün deyil. Tarixi film çəkərkən burada tarixi duymaq, hiss etmək, milli ab-havanı ön plana çıxarmaq lazımdır ki, yüksək səviyyəli iş ortaya çıxsın.

ayazsalayev

 - Filmin heçmi müsbət tərəfləri yoxdur?

- Bu filmdə müsbət deyə biləcəyim heç bir şey yoxdur. Nə dramaturgiya, nə də aktyor-rejissor işi var. Kim bu filmi tənqid edirsə, düz edir. Mən rejissorlara savadlı olmağı tövsiyyə edərdim. Filmlərin də savadlı rejissorlara həvalə edilməsini istəyərdim.

Aktyorlarda və rejisorlarda tarixi duymaq qabiliyyəti vacibdir. Eyni zamanda tarix doğma və canlı olmalıdır. Biz bu filmdə canlı tarixi müşahidə etmədik.

Ayşən Azadova