Close

21:47
19 Aprel 2024

Azərbaycanda Məhərrəm ayı başlayıb

Azərbaycanda Məhərrəm ayı başlayıb.

TNS xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir.

İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq.

Qafqaz Müsəlmanları İdarəsində iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti qəbul olunub.

Müeariətdə bildirilib ki, əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. Peyğəmbərimiz Məhəmməd salavatullahın əziz nəvəsi Həzrət Hüseynin (ə) bu mənəvi qələbəsi dünyada zülm və haqsızlığa qarşı mübarizənin bariz nümunəsidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan “Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur” zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir.

Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb.

Qazılar Şurası məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sairənin şəriətə görə icazəli olmadığını dindarların diqqətinə çatdırıb.

Qeyd olunub ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.