Zəvvarlarımızın sağlamlıq vəziyyəti açıqlanıb
Həcc ziyarəti üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvarların sağlamlıqları ilə bağlı heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır.
Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.
“Zəvvarlarımızın sağlamlıq vəziyyəti ilə bağlı problemləri yoxdur. Həcc ziyarəti sırasında zəvvarlarımıza 4 həkimimiz xidmət göstərir. Narahatlıqlar əsasən Ərəfata çıxdıqda yarana bilir. Havanın isti olması ilə əlaqədar zəvvarlar arasında sağlamlıq problemləri yaşayanalar olur”, - deyə V.Cahangiri qeyd edib.
Hazırda 1500 nəfərlik zəvvar qrupumuzun hər birinin Məkkə şəhərində olduğunu deyən qurum rəsmisi iyunun 14-dən etibarən Həcc ziyarətinin əsas əməllərinin başlayacağını qeyd edib.
Qeyd edək ki, Həcc ziyarətinin əsas əməlləri Qurban bayramı ərəfəsi və günlərində həyata keçirilir.
Bu il Qurban bayramı iyunun 16-sı və 17-də qeyd olunacaq.
Aygün