Close

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı və qiyməti açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.

Bu barədə TNS-ə QMİ-dən bildirilib.

Qeyd edilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub.