Xankəndidə Mədəniyyət mərkəzinin binası bərpa ediləcək
33
13:30 - 29 Oktyabr 2024

Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binası bərpa ediləcək.
TNS bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanır.