Dünya şöhrətli rəssamın oğurlanmış əsəri tapılıb- Dəyəri 24,5 milyondur
Dünya şöhrətli küçə rəssamı Benksinin bir həftə əvvəl Londondakı qalereyadan oğurlanmış “Şarlı qız” əsəri tapılıb.
TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
47 və 53 yaşlı iki kişi oğurluqda ittiham olunaraq saxlanılıb.
Polis bildirib ki, sentyabrın 8-də qalereyadan oğurlanan yeganə əşya Benksinin işi olub.
Hazırda təqsirləndirilən şəxslər zaminə buraxılıb və oktyabrın 9-da məhkəmə qarşısına çıxarılacaqlar.
Əsər kiçik qızın qırmızı ürək formalı şara əlini uzatmasını təsvir edir. Londonda və digər şəhərlərdə bu şəklin qraffiti şəklində bir neçə nüsxəsi var.
Rəsm əsərinin dəyəri 24,5 milyon dollardır.