Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

Brilliant Dadaşova: “Məni uşaqlıqdan Ajda Pekkana bənzədirdilər” - FOTO

Xalq artisti Brilliant Dadaşova konsert proqramı ilə çıxış edib.

TNS xəbər verir ki, o, konsertdən öncə media nümayəndələrinin suallarını cavablandırıb.

Xalq artisti həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin daim ona dəstək olduğunu bildirib: "Həyat yoldaşım 90-cı illərdən mənim yanımdadır. Konsertlərdə arxa planda olur. Hər şeyə baxır, nəzarət edir. Mənim mahnılarımı sevir, xüsusilə, "Sevgimizə yağış yağır", "Maç-maç, quc-quc" əsərlərimi. Həyat yoldaşım məni tək qoymur".

B. Dadaşova bildirib ki, köhnə mahnılarını yeni üslubda ifa edib: "Bir çox mahnımı remiks etdik. Mənim 10-15 yeni mahnım var. Dostlarım deyir ki, yeni mahnılar oxuyum. Amma hamı mənim köhnə mahnılarımı səsləndirir. Deyirəm ki, başqaları mənim köhnə mahnılarımı oxuyurlarsa, özüm niyə onları yenidən ifa etməyim. Əslində yeni yazılan mahnıların əksəriyyətini bəyənmirəm. Yaxşısı budur ki, köhnə mahnılarımı yenidən oxuyum".    

Müğənni Türkiyənin superstarı Ajda Pekkana bənzəməsi məsələsini belə şərh edib: “Mən kiçik olanda əmilərim Süleyman Dadaşov və Məlik Dadaşov deyirdilər ki, qızımız müğənni Ajda Pekkana oxşayır. Amma mənim saçlarım qara, onun isə sarı idi. Ajda artıq bu sahədə şöhrət qazanmışdı, onu çox sevirəm. Səsimdəki xırdalıqlar, melizmalar, musiqi barəsində föz yolum olub. Azərbaycan melizmalarını vurmaq çətindir. Hətta Norveçdə olanda deyirdilər, bu melizmaları etmək heç asan deyil".

Könül