Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

“Azərbaycan Atabəyləri” filmi bu tarixdə yayımlanacaq

Uzun müddətdir, haqqında danışılan “Azərbaycan Atabəyləri” adlı filmin yayımı noyabr ayına planlaşdırılır.

Bu barədə TNS-ə açıqlamasında filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti deyib.

Baş prodüser ekran işinin iki bölmədən ibarət olduğunu bildirib: “İki bölmədən ibarət "Azərbaycan Atabəyləri" bədii televiziya film-lahiyəsidir. Hər iki bölmə üzrə çəkilişlər tam bitib. Hazırda post-prodakşn işləri icra olunur. Filmin yayımı noyabr ayına planlaşdırılır”.

İlqar Mehti filmin serial kimi çəkilmədiyinə də aydınlıq gətirib: “Serial çəkilmədi, çünki serial üçün hazırlıqlar tamamlanmayıb. Gələcəkdə serial çəkilişi nəzərdə tutulub, lakin bunun üçün dövlət dəstəyi zəruridir”.

Qeyd edək ki, adı keçən film Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq.

Aygün