Close

21:31
17 Yanvar 2025
21:25
17 Yanvar 2025

Lənkəran teatrının aktrisası vəfat edib

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.

Bu barədə TNS-ə Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.

Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.