Close

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TNS-ə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

13:11

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

TNS-in məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.