Close

“Avroviziya 2024”də daha bir dəyişiklik edildi

“Avroviziya 2024” mahnı müsabiqəsində final üçün püşkatma formatında dəyişiklik edilib.

TNS xəbər verir ki, bu barədə İsveçin “Avroviziya”da nümayəndəsi, prodüser Krister Byorkman bildirib.

“Yeni qaydalara görə, finalçılar müsabiqənin birinci yarısı, ikinci yarısı və prodüser seçimi olmaqla üç kateqoriya arasından öz sıralarını seçə biləcəklər. Birinci yarıda 6, ikinci yarıda da eyni sayda və prodüser seçimi kateqoriyasında isə 13 yer olacaq.

Prodüser seçiminin əlavə edilməsi müxtəlif templərdən olan çıxışlarla daha maraqlı final yaratmaq imkanı verəcək”,- Byorkman qeyd edib.