Close

23:54
22 İyul 2024
22:26
22 İyul 2024
21:50
22 İyul 2024
21:34
22 İyul 2024

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

TNS-ə Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak edib.