"Azərbaycanfilm" kinostudiyasında yoxlama aparılır
7
13:59 - 11 Sentyabr 2023

Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.
TNS APA-ya istinadən xəbər verir ki, məlumatı kinostudiyanın direktoru Nazim Hüseynov da təsdiq edib.
O bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.
"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.
Əlaqəli xəbərlər
16:51
29 Sentyabr 2023