Close

Saç tökülməsinin qarşısını alan qidalar

Əgər saç elastikliyini itirirsə, quruyursa və tökülməyə meyllidirsə, rasiona B və C vitaminləri ilə zəngin qidaları daxil etmək lazımdır.

Vitaminlərin olmaması, hətta sağlam bir insanda da saçın keyfiyyətinə və quruluşuna dərhal təsir göstərir. Saçlar kövrəkləşibsə və tökülürsə, protein və B vitamini ilə zəngin  qidalara üstünlük vermək tövsiyə olunur.

B qrupunun vitaminlərinin çatışmazlığını aradan qaldırmaq  üçün aptek vitaminləri və qida əlavələrindən istifadə etmək lazım deyil. Həmin vitaminlər ətin, kəsmiyin, yumurtanın, südün, qarabaşağın tərkibində var.

Saç problemlərinin həlli zamanı  pendir, təzə tərəvəz, meyvə və göyərti də əhəmiyyətli ola bilər.